Ordumuzun yaraladığı erməni komandirdən gözlənilməz AÇIQLAMA

Ermənistanın “Yerkrapa” hərbi birliyinin rəhbəri Sasun Mikaelyanın ölkənin 35-ci Müstəqillik Günündə səsləndirdiyi bəyanatlar diqqət çəkib. 

Referans Media Globalinfo.az-a istinadən xəbər verir ki, Mikaelyan hələ də müstəqil Ermənistan dövlətinin qurulması istiqamətində işlər görüldüyünü bildirib.

“Allah qoysa, nəhayət ki, dövlət sərhədlərimiz olacaq və tamamilə müstəqil olacağıq. Döyüşçülər müstəqillik uğrunda öz vəzifələrini parlaq şəkildə yerinə yetirdilər. Amma bizi son qələbəyə siyasətçilər aparmalı idilər. Biz indiyə kimi müstəqil olduğumuzu demişik, amma beynəlxalq səviyyədə tanınan sərhədlərimiz varmı? Uzun müddət başqa bir dövlətin vassalı olmuşuq, onların diqtə etdiyi hər şeyi etmişik”, – o deyib.

Mikaelyanın sözləri müzakirələrə səbəb olub. Onun Ermənistanın vassal olduğunu deyərək Rusiyanı hədəf göstərdiyi bildirilir.

Qeyd edək ki, Sasun Mikaelyan hər iki Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşlərdə aktiv iştirak edib, hətta öz adı ilə batalyon yaradıb. İkinci Qarabağ müharibəsində ayağından yaralanıb. Buna baxmayaraq antiterror əməliyyatları ərəfəsində və sonrasında Ermənistan-Azərbaycan sərhədində “Yerkrapa” könüllüləri ilə hərbi təlimlər keçirib, döyüşə hazırlıq bəyanatları səsləndirib.

S.Mikaelyan həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyana yaxınlığı ilə bilinir. Bakı və İrəvan arasında sülh prosesinin irəliləməsi, delimitasiya və demarkasiya proseslərinin baş tutmasından sonra Mikaelyanın bəyanatlarının hədəfinin Azərbaycandan digər istiqamətlərə dəyişməsi maraq doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki