Hollivud məşuqələri: evli kişilərlə görüşən 5 ulduz

Hollivudda bir çox məşhurun yaşadığı sevgi münasibətləri illər sonra da müzakirə olunur. Bəzi ulduzlar isə ailəli kişilərlə yaşadıqları eşq macəraları ilə uzun müddət gündəmdə qalırlar.

Referans Media  xarici mediaya istinadən ailəli kişilərlə münasibət yaşayan 5 məşhuru təqdim edir.

Lili Ceyms

2020-ci ildə aktrisa Lili Ceyms həmkarı Dominik Uestlə Romada birlikdə görüntülənib. Həmin vaxt Uest irlandiyalı landşaft dizayneri Ketrin Fitslə evli idi. Mətbuatda yayılan fotolarda Ceyms və Uestin yaxın davranışları böyük qalmaqala səbəb olub.

Hadisədən dərhal sonra Dominik Uest həyat yoldaşı ilə jurnalistlərin qarşısına çıxaraq nikahlarının möhkəm olduğunu və birlikdə qaldıqlarını bildirib. 

Sienna Miller

Aktrisa Sienna Millerin aktyor Baltazar Getti ilə 2008-ci ildə yaşadığı münasibət isə daha açıq şəkildə mətbuata yansıyıb. Həmin dövrdə Getti modelyer Rozetta Getti ilə evli və dörd uşaq atası idi. Miller və Gettinin İtaliyada birlikdə çəkilmiş fotoları yayıldıqdan sonra aktyor həyat yoldaşından ayrıldığını açıqlayıb.

Münasibət uzun çəkməyib və bir neçə ay sonra Miller ayrıldıqlarını təsdiqləyib. Baltazar Getti isə sonradan Rozetta ilə barışıb və ailəsinə qayıdıb.

Naomi Kempbell

Supermodel Naomi Kempbell 2008-ci ildə rusiyalı iş adamı Vladislav Doroninlə münasibət qurub.

Onların eşqi təxminən beş il davam edib. Doronin həmin vaxt hüquqi baxımdan hələ Yekaterina Doronina ilə evli idi.

Madonna

2008-ci ildə Madonnanın beysbol ulduzu Aleks Rodriqeslə münasibət yaşadığı barədə ABŞ mediasında çoxsaylı xəbərlər yayılıb. Rodriqes həmin vaxt Sintiya Rodriqeslə evli idi və cütlük boşanma ərəfəsində idi.

Müğənni isə Aleks Rodriqeslə romantik münasibətdə olduğunu təkzib edib.

Culiya Roberts

Culiya Robertslə kinooperator Denni Moder 2000-ci ildə “The Mexican” filminin çəkiliş meydançasında tanış olublar. O zaman Moder vizajist Vera Steymberqlə evli, Roberts isə aktyor Benjamin Brattla münasibətdə idi.

Moder 2002-ci ildə boşandıqdan sonra həmin ilin iyulunda Culiya Robertslə ailə qurub. Roberts sonradan Moderin əvvəlki evliliyinin bitməsinə səbəb olduğu barədə iddiaları rədd edərək onun şəxsi həyatındakı məsələləri özündən ayrı şəkildə həll etdiyini söyləyib.

Digər qalmaqallı hekayələrdən fərqli olaraq, Roberts və Moderin münasibəti uzunömürlü olub. Onlar 2002-ci ildən evlidirlər və üç övladları var.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki