2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 72 655 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin edilərək ödənilib.
Referans Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, müavinət ödənişləri 34 038 nəfər qız, 38 617 nəfər oğlan uşağının anadan olmasına görə həyata keçirilib.
Qeyd edək ki, açıqlanan məlumat operativ xarakter daşıyır.
