“Real Madrid”dən gözlənilməz qərar: Arda Güler heyətdən çıxarıldı!

UEFA Çempionlar Liqasının IV turunda Yunanıstanın AEK komandası ilə qarşılaşacaq “Real Madrid”də Arda Gülerlə bağlı gözlənilməz qərar verilib.

Referans Media xəbər verir ki, İspaniya nəhənginin noyabrın 4-də saat 20:45-də keçiriləcək oyun üçün açıqladığı səfər heyətində Türkiyə millisinin üzvü Arda Gülerə yer verilməyib.

Məlumata görə, 21 yaşlı futbolçu yüngül zədə səbəbindən qarşılaşmanın heyətinə daxil edilməyib.

Arda Güler son məşqdə komanda ilə birlikdə çalışmayıb, fərdi məşqlərlə kifayətlənib. “Real Madrid”in məşqçilər korpusu gənc futbolçunun zədəsinin ağırlaşmaması üçün onu riskə atmaq istəməyib.

Arda Güler AEK ilə matçda iştirak edə bilməyəcək. Onun növbəti qarşılaşmalarda meydana çıxıb-çıxmayacağı barədə isə hələlik dəqiq məlumat yoxdur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki