Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın qarşıdakı oyunlar üçün heyətinin açıqlanmasında fərqli addım atmağa hazırlaşır.
Referans Media xəbər verir ki, UEFA Millətlər Liqasında Belçika və Fransa ilə vacib qarşılaşmalara çıxacaq Türkiyə millisinin heyəti noyabrın 6-da, cümə günü saat 14:00-da canlı yayımda elan ediləcək.
TFF-dən verilən rəsmi məlumata görə, heyəti baş məşqçi Sərgən Yalçın ictimaiyyətə təqdim edəcək.
Beləliklə, Türkiyə A Milli Futbol Komandasının heyəti tarixdə ilk dəfə canlı yayım vasitəsilə açıqlanacaq. Bu yenilik futbol azarkeşlərinin də böyük marağına səbəb olub.
