Tramp İranla bağlı son qərarını verdi: ABŞ ordusu hazır vəziyyətdədir!

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyat planının hazırda gündəmdə olmadığını, lakin zərurət yaranarsa, hücuma hazır olduqlarını bildirib.

Referans Media xəbər verir ki, “Financial Times” qəzetinə müsahibəsində danışan Tramp İranla münasibətlərin hazırkı vəziyyətini müsbət qiymətləndirib. İsrailin Baş naziri Benyamin Netanyahunun mümkün hücumla bağlı mesajlarını şərh edən ABŞ lideri deyib: “Biz hazırıq. Zərurət yaranarsa, hərəkətə keçəcəyik, amma bunun üçün səbəb olmaya da bilər”.

Tramp ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın ölkə iqtisadiyyatına təsir göstərdiyini və Vaşinqtonun Tehrandan istədiyi nəticələri almağa başladığını iddia edib. O, həmçinin Hörmüz boğazında neftin həcminin müharibədən əvvəlki səviyyəni keçdiyini bildirib.

ABŞ Prezidenti İranla genişmiqyaslı müharibə vəziyyətində olmadıqlarını da vurğulayıb. Bununla yanaşı, İranın təxminən 450 kiloqram zənginləşdirilmiş uran ehtiyatının gələcəyi ilə bağlı dolayı danışıqların davam etdiyini açıqlayıb.

Trampın sözlərinə görə, uran məsələsi Tehranla təmasların əsas mövzularından biridir, lakin danışıqların nəticəsi hələ məlum deyil.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki