Bürclərin qaranlıq tərəfi: Onlarda bu xüsusiyyət var

Hər bürcün insanlara göstərdiyi müsbət tərəfləri ilə yanaşı, gizli qalan zəif xüsusiyyətləri də var. Astroloji yanaşmalara görə, bəzi bürclərdə bu xüsusiyyətlər müəyyən vəziyyətlərdə daha qabarıq şəkildə üzə çıxır.

Referans Media bürclərin qaranlıq tərəflərini oxucularına təqdim edir.

Qoç – Cəsarətli və enerjili olsalar da əsəbiləşdikdə tələsik qərarlar verə və düşünmədən danışa bilərlər.

Buğa – Sakit və səbirli görünürlər. Lakin bir qərar verdikdən sonra fikirlərindən dönmələri olduqca çətindir.

Əkizlər – Ünsiyyətcil və maraqlı olsalar da dəyişkən davranışları ətrafındakı insanların onları anlamağını çətinləşdirə bilər.

Xərçəng – Həssas olduqları üçün sözlərdən tez inciyə bilirlər. Yaşadıqları hadisələri uzun müddət yadda saxlamaları mümkündür.

Şir – Özünəinamlı görünən Şirlər diqqətsiz qalmağı sevmirlər. Tənqidə məruz qaldıqda qürurları ön plana çıxa bilər.

Qız – Detallara diqqət etmələri ilə seçilirlər. Lakin bəzən həm özlərinə, həm də ətrafındakılara qarşı həddindən artıq tənqidi ola bilərlər.

Tərəzi – Harmoniya yaratmağa çalışırlar, amma qərar verməkdə tərəddüd edə və öz fikirlərini gizlədə bilərlər.

Əqrəb – Duyğularını hər kəslə bölüşmürlər. Güvənlərini itirdikləri insanı yenidən həyatlarına buraxmaqda çətinlik çəkə bilərlər.

Oxatan – Azadlığı sevirlər. Lakin sərt və düşünülməmiş sözləri bəzən yaxınlarını incidə bilər.

Oğlaq – Güclü və soyuqqanlı görünürlər. Əslində isə hisslərini gizlətmələri onları kənardan daha məsafəli göstərə bilər.

Dolça – Fərqli düşüncələri ilə seçilirlər. Emosiyalarını açıq göstərmədikləri üçün bəzən soyuq və laqeyd təsiri bağışlaya bilərlər.

Balıqlar – Həssas və duyğusal olurlar. Keçmişdə yaşadıqları hadisələri çox düşünmələri onların ən zəif tərəflərindən biri hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki