Ermənistanın "sərhəd xətti" Bakı və Ankaraya dirəndi – "Heç bir zəmanət yoxdur"

Ermənistanda regional kommunikasiyaların açılması ilə bağlı yenidən Azərbaycan və Türkiyənin mövqeyi müzakirəyə çıxarılıb.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, APRI Armenia analitik mərkəzinin baş elmi əməkdaşı, politoloq Beniamin Poqosyan bildirib ki, Ermənistanla sərhədlərin Azərbaycan və Türkiyə tərəfindən açılacağına dair hazırda aydın təminat yoxdur.

Onun sözlərinə görə, regional kommunikasiyaların tam şəkildə açılması üçün ilk növbədə Bakı və Ankaranın siyasi qərarları lazımdır.

Poqosyan iddia edib ki, Azərbaycan artıq indidən Ermənistanın Arazdəyən istiqamətindən İranla nəqliyyat əlaqəsi üçün yol aça bilər.

Ekspertin fikrincə, Ermənistan–Naxçıvan və Ermənistan–Türkiyə sərhədləri bağlı qalacağı təqdirdə regional nəqliyyat əlaqələrinin tam bərpasından danışmaq mümkün olmayacaq. O qeyd edib ki, belə vəziyyətdə Naxçıvandan Ermənistan ərazisi ilə Türkiyəyə, eləcə də Ermənistan üzərindən İrana yük daşınması mümkün olmayacaq.

Poqosyan həmçinin bildirib ki, Türkiyə ilə sərhəd açılmasa, Ermənistan bu ölkə üzərindən Yaxın Şərq və Avropa bazarlarına çıxış imkanlarından da istifadə edə bilməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki