Sakinlərə XƏBƏRDARLIQ-Yeni PANDEMİYA QAÇILMAZDIR!

Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər.

Referans Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni tənəffüs patogenin ortaya çıxma ehtimalıdır. Bu isə COVID-in yaratdığı nəticələrə bənzər fəsadlara səbəb ola bilər", - o deyib.

Qebreyesus vurğulayıb ki, yeni pandemiya qaçılmazdır və bu, zaman məsələsidir: "Növbəti pandemiya "əgər" yox, "nə vaxt" məsələsidir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki