Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslərin kimliyi müəyyənləşib.
Referans Media-ın məlumatına görə, hadisə nəticəsində rayonun Poladlı kənd sakinləri, 1970-ci il təvəllüdlü Tələt Cəfərov və 1966-cı il təvəllüdlü Novruz Cəfərov ölüb.
Qəza zamanı "Hyundai" markalı avtomobildə olan Aşağı Avşar kənd sakini, 2004-cü il təvəllüdlü Həsən Rüstəmov da xəsarət alıb. O, tibbi yardım göstərilməsi üçün Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
-----------
Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai" və VAZ-2107 markalı avtomobillər toqquşub.
Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki qardaş həyatını itirib.
Hazırda hadisənin təfərrüatları və ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
