Bütün bilinənlər SƏHV ÇIXDI: Dünyanın sonu əslində belə olacaq! backend

Bütün bilinənlər SƏHV ÇIXDI: Dünyanın sonu əslində belə olacaq! 

Kainatın sonunun necə olacağına dair uzun illərdir qəbul edilmiş nəzəriyyələr dəyişməyə başlayır. Bu məsələnin mərkəzində hələ də tam mahiyyəti aydın olmayan “qara enerji” adlı sirli qüvvə dayanır.

“Referans” xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, qara enerji kainatın taleyini müəyyən edən əsas amillərdən biridir. Burada iki mümkün ssenari mövcuddur: əgər qara enerji sabit qalarsa və kainat sonsuza qədər genişlənməyə davam edərsə, kainatın temperaturu getdikcə azalacaq və hər şey dayanıqlı, soyuq bir vəziyyətə keçəcək. Bu ssenari “böyük donma” adlandırılır.

Digər ehtimala görə isə əgər qara enerji zamanla dəyişkənlik göstərirsə, onda hadisələrin gedişatı fərqli ola bilər. Bu halda kainat genişlənməni dayandırıb, öz içinə doğru yığılmağa başlaya bilər. Nəticədə sıxlığın və temperaturun artdığı, “təkillik” adlanan bir mərhələyə çatılır. Belə bir çöküş yeni bir başlanğıcın, başqa bir “Böyük partlayış”ın xəbərçisi ola bilər.

Hazırda bu ssenarilərdən hansının reallaşacağını dəqiq söyləmək mümkün deyil. Çünki kainat hələ də saysız-hesabsız sirlərini qoruyur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki