Ermənistanda "Hayakve" təşəbbüsünün koordinatoru və siyasi fəal Avetik Çalabyan saxlanılıb.
Referans Media xəbər verir ki, bu barədə təşkilatın “Teleqram” kanalında bildirilirb:
“Bu səhər tezdən “Ayakve” assosiasiyasının koordinatoru, ictimai və siyasi xadim Avetik Çalabyan saxlanılıb”.
Hələlik əlavə məlumat açıqlanmayıb.
Xatırladaq ki, aprelin sonunda "Ayakve" təşəbbüsü Samvel Karapetyanın "Güclü Ermənistan" blokuna qoşulub. Çərşənbə günü blokun nümayəndəsi Narek Karapetyan və "Ayakve" koordinatoru Avetik Çalabyan tərəfindən Samvel Karapetyanın iştirakı ilə əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər mövcud hökuməti seçkilər yolu ilə devirmək və yeni milli hökumət yaratmaq üçün qüvvələrini birləşdirməyə söz veriblər.
