Rusiya sərhədi yaxınlığında, qərbi Monqolustanda qarayara xəstəliyinin aşkarlandığı təsdiqlənib.
Referans Media xarici mediaya istinadla xəbər verir ki, ilkin məlumatlara görə, Monqolustanın zoonotik xəstəliklərlə məşğul olan milli mərkəzi, şəxsin naməlum səbəbdən ölən qoyunla təmasdan sonra yoluxmuş ola biləcəyini aydınlaşdırıb. Xəstə müalicə aldığı regional xəstəxanaya aparılıb.
Mərkəz həmçinin qeyd edib ki, 2004-cü ildən bəri Uvs vilayətində qarayara xəstəliyi aşkarlanıb. 6 bənzər hal Tes bölgəsində qeydə alınıb../Musavat.com
