İranı panikaya salan gəlişmə – Əraqçi 3 ölkəyə gizli mesaj göndərdi

“Avqustun 7-də Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında qarşılıqlı müdafiə paktı imzalanıb. Bu barədə rəsmi Ankara dəfələrlə danışmışdı. Türkiyənin daha əvvəl Səudiyyə Ərəbistanı ilə Pakistan arasında imzalanmış qarşılıqlı müdafiə sazişinə qoşulacağı barədə də məlumatlar yayılmışdı və indi, görünür, bu, reallığa çevrilib”.

Referans MEDİA xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.

“Sazişə əsasən, tərəflərdən birinə qarşı hücum digər tərəflərə qarşı da hücum hesab ediləcək. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı əvvəllər, Türkiyə isə hazırda nüvə arsenalına sahib olmağa çalışır, Pakistanın isə artıq nüvə silahına malik olması regional güc balansında yeni tendensiyaların yaranmasına səbəb ola bilər. Bu isə həm İran, həm də İsrail üçün ciddi çağırışdır”.

Politoloq xatırladıb ki, İranın Xarici İşlər Nazirliyi artıq Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yeni ittifaqın yaradılması ilə bağlı xəbərlərə münasibət bildirib:

“İranın xarici işlər naziri Abbas Əraqçi isə kifayət qədər ikimənalı açıqlama verib: “İranın güclü silahlı qüvvələri dünyanın ən zəngin orduları qarşısında dayanaraq öz hazırlığını, imkanlarını və gücünü nümayiş etdirib. Müsəlmanlar birləşdikdə istənilən xarici qüvvədən qaynaqlanan çağırışa inamla qarşı çıxa bilərik. Artıq yalnız özümüzə güvənməyin və həqiqi qardaşlığı qəbul etməyin vaxtıdır”.

Bu açıqlama ilk baxışdan İslam dünyasının birliyinə müsbət münasibət kimi görünsə də, Pakistan və İran, Səudiyyə Ərəbistanı və İran, eləcə də Türkiyə və İran arasında mövcud siyasi, sivilizasion və dini fikir ayrılıqlarını nəzərə alsaq, məncə, bu, artıq baş vermiş hadisəyə verilən diplomatik reaksiyadır.

Diplomatik texnologiya belədir: “Əgər öz maraqlarına təhlükə yaradan hadisənin qarşısını ala bilmirsənsə, ondan faydalanmağa və vaxt qazanmağa çalışırsan”./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki