image-cin-avrobackend

Çindən dünyanı təəccübləndirən qərar: Avropanı belə cəzalandıracaq

Pekin hakimiyyəti Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi 20-ci sanksiyalar paketinə Çin şirkətlərinin daxil edilməsinə cavab olaraq bütün zəruri tədbirləri görəcəyini açıqlayıb.

 

Referans Media  xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Avropa Birliyi rəsmi Pekinin dəfələrlə səsləndirdiyi mövqeyi və etirazları nəzərə almadan Çin müəssisələrini Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə əsassız şəkildə daxil edib.Ona görə də, Çin buna qəti etiraz edir.

Bəyanatda vurğulanır ki, Pekin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən birtərəfli məhdudiyyətlərə qəti şəkildə qarşıdır. Çünki Brüsselin bu addımları qarşılıqlı etimadı ciddi şəkildə sarsıdır və Çin ilə Aİ liderləri arasında əldə olunan razılaşmaların məntiqinə ziddir.

Çin tərəfi Brüsseli şirkətləri dərhal sanksiyalar siyahısından çıxarmağa və yaranmış narahatlıqları dialoq yolu ilə həll etməyə çağırıb. Pekin eyni zamanda öz bizneslərinin qanuni hüquqlarını qətiyyətlə qoruyacağını bildirib və mümkün nəticələrə görə məsuliyyətin Aİ-nin üzərinə düşəcəyini vurğulayıb.

Xatırladaq ki, Aİ aprelin 23-də Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin tətbiq olunduğunu elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki