ÇL-də gecənin qəhrəmanı Arda Güler oldu – Real Madrid turnirlə vidalaşdı

UEFA Çempionlar Liqası çərçivəsində keçirilən 1/4 finalın cavab görüşündə Bayern Münhen səfərdə Real Madridi 4-3 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. İlk oyunda da 2-1 qalib gələn Almaniya təmsilçisi ümumi hesabda 6-4 üstünlük qazanaraq turnirdə yoluna davam edib.

Arda Gülerdən möhtəşəm performans

Referans Media xəbər verir ki,  matçda ən diqqətçəkən futbolçu isə Türkiyə millisinin ulduzu Arda Güler olub. Gənc futbolçu oyunun 37-ci saniyəsində uzaq məsafədən vurduğu möhtəşəm qolla komandasını önə keçirib. Bu qol həm də turnir tarixində ən erkən qollardan biri kimi qeydə alınıb. Arda Güler 29-cu dəqiqədə cərimə zərbəsindən daha bir möhtəşəm qol vuraraq dubl edib və oyunun ən parlaq futbolçularından biri olub.

Matçın gedişində Harri Keyn, Kilian Mbappe və digər ulduzların qolları ilə hesab daim dəyişib. Son dəqiqələrdə isə Bayern Münhen üstünlük qazanaraq qalib gəlib. Eduardo Kamavinqa 86-cı dəqiqədə qırmızı vərəqə alaraq Real Madridi azlıqda qoyub.

Oyundan sonra əvəzlənən Arda Güler hakimin qərarlarına etiraz etdiyinə görə qırmızı vərəqə alıb. Bu hadisə matçın ən mübahisəli anlarından biri kimi qeyd olunub.

Bu nəticə ilə Bayern Münhen yarımfinalda PSJ ilə qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki