"Fənərbaxça" klubunda 6–7 iyun tarixlərində keçiriləcək növbədənkənar seçkili ümumi yığıncaq öncəsi mühüm xəbər yayılıb. Klubun sabiq prezidenti Əziz Yıldırımın yenidən prezidentliyə namizəd olacağı bildirilir.
Referans Media xəbər verir ki, Əziz Yıldırım qərarını artıq verib və namizədliyini yaxın günlərdə rəsmi şəkildə açıqlayacaq.
Yıldırım sonuncu dəfə 2024-cü ildə keçirilən seçkidə sabiq prezident Ali Koçun rəqibi olmuşdu.
Sabiq prezident daha əvvəl verdiyi açıqlamada prosesə ehtiyatlı yanaşdığını qeyd etmişdi. O bildirmişdi ki, vəziyyət tam aydınlaşdıqdan sonra qərarını açıqlayacaq və əsas məqsədinin klubun gələcəyinə töhfə vermək olduğunu vurğulamışdı.
Ötən dövrdə adı namizədlər arasında hallanan Mehmet Ali Aydınlar isə seçkidə iştirak etməyəcəyini açıqlayıb.
Hazırda prezidentliyə namizədliyini elan edən digər şəxslər:
Barış Göktürk
Hakan Safi
"Fənərbaxça"da keçiriləcək bu seçki klubun gələcəyi baxımından həlledici hesab olunur. Əziz Yıldırımın yarışa qoşulması isə seçki mübarizəsini daha da maraqlı və gərgin edir.
