Hacıqabulda baş verən qəzada bir nəfər ölüb
Referans Media xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində qeydə alınıb.
"Kamaz" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı həyatını itirib.
Faktla bağlı araşdırma aparılır./APA/
