image-36dcd57db2e71505e830eeb9e8533439_quality_75xresize_crop_1xallow_enlarge_0xw_740xh_400_1744965099-fullbackend

Dərman qiymətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

Heç kimə sirr deyil ki, Azərbaycanda  dərmanların qiymətləri çox yüksəkdir. Elə xəstəliklər var ki, dərmanlarsız qətiyyən müalicəsi mümkün olmur. Dərman preparatlarının baha olması isə əhali arasında haqlı narazılıqlar yaradır.  Bəs nə üçün dərmanların qiymətləri niyə belə bahadır? Yerli dərman istehsalına maneə olan səbəblər hansılardır?

Mövzuyla bağlı İqtisadçı ekspert Elçin Rəşidov REFERANS-ın suallarını cavablandırıb. İqtisadçı ekspert deyib ki, Aəzrbaycanda dərmanların yüksək olmasının səbəbləri var. Biz bilirik ki, Gürcüstana, İrana, Türkiyəyə gedənlər həmişə ordan dərman gətirir. Səbəbdə bəzi dərmanların burda tapılmaması və yaxud keyfiyyətsiz olması, digər səbəb isə orada bəzən dərmanlar dəfələrlə ucuz olur. Adamlar bahalı dərmanları ordan gətirməyə üstünlük verir qiymətdə qazanmaq üçün. Bunun səbəbi isə ölkədə dərmanların idxal olunmasıdır. Məsələn, ölkədə 750-800 milyonluq dərman satılıb ölkədə, onun cəmi 8 milyon manatı yerli istehsal idi. Yəni buda idxal olunanda mütləq üzərinə beynəlxalq daşınmaların qiyməti və gömrük rüsumları, ədv əlavə olunur. ƏDV bütün dərmanlarda var.

Elçin Rəşidov hesab edir ki, dərman satışına aid edilən ƏDV ləğ edilməlidir.  Çünki bu nüans qiymətlərin qalxmasına səbəb olur. Dərman satışı prosesində 18 faiz ƏDV-nin ləğvi çox vacibdir. Belə demək olar ki, dərmana ehtiyacı olanlar əhalinin həssas qruplarıdır.  Bəzi dərmanlar və əczaçılıq məhsulları plastik cərrahiyyə sonrası istifadə olunandısa təbii ki, onlara ƏDV-i tətbiq oluna bilər. Amma bu ehtiyacı olanlar üzərinə qoyulan vergidir. Yəni burda dövlət ehtiyacı olanları vergi yükünə məruz qoyur, onların vəsaitlərini əlindən almış olur. Bu baxımdanda bu sahə ƏDV-dən azad edilməlidir.

Daha sonra ekspert qeyd edib ki, ölkədə əsas dərman idxalçıları var. Onların sayının məhdud olması müəyyən problemlər yaradır. Bəzən bir neçə şirkət öz aralarında sövdələşməyə asanlıqla girə bilir və qiymətləri yüksəkdə saxlaya bilirlər. Dərmanların qeydiyyatı ağır prosesdir. Həmin şirkətlərin üzərinə yük qoyurlar. Bir tərəfdən keyfiyyətə nəzarət edilməlidir, digər tərəfdən keyfiyyətə nəzarət həm proses həm də xərc olaraq yüngülləşdirilməlidir. Hal-hazırda dünya bazarlarında dərmanların qiymətində dəyişikliyi müşahidə edilir.Bunun da əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsi, logistika xətlərində olan problemlərlə bağlıdır. Çünki dərmanları həmin istiqamətlərdən gətirmək mümkün olmur.

Mütəxəssis hesab edir ki, ölkədə yerli istehsal təqribən yox həddindədir.  Təbii ki, bu uğursuz makro və manitar siyasət bunun nəticəsidir. Uğursuz siyasətin nəticəsi holland xəstəliyi yaradır, digər tərəfdəndə uğursuz makro siyasət hal-hazırda Mərkəzi Bank tərəfindən manatı dollardan asılı edir. Nəticədə yerli istehsalçının hər dəfə dolların və manatın infilyasiyası arasındakı fərq qədər yəni faiz fərqi qədər rəqabət qabiliyyəti itir. Ona görə bütün sektorlarda Azərbaycana istehsal artıq sərfəli və səmərəli deyil. İdxalçının qarşısında qiymət rəqabətə davam gətirməz.

“Ölkədə ciddi texnoloji gerilik var. İstehsalçıların üzərində qeyri-müəyyənlik var. İnsanlar istehsal etməyə qorxurlar, idxalçıların üzərində isə daha az bürokratik təzyiqlər olur. İdxal belədir ki, istədiyin vaxt oyundan çıxa bilirsən. İstehsalda isə investisiya qoyursan tikintiyə, avadanlığa, səriştələrin və münasibətlərin formalaşmasına.  Misal üçün bir məmurun qəzəbinə də rast gələndə vəziyyət tamamilə dəyişir”,-deyə Elçin Rəşidov əlavə edib.

Ləman Xalıqova

Referans


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki