image-market_1745233564-fullbackend

DİQQƏT! Brend adı ilə satılan məhsulları bu yolla TANIYA BİLƏRSİNİZ…

Müasir dövrdə məişət avadanlıqları hər bir evin ayrılmaz hissəsinə çevrilib. Texnologiyanın sürətli inkişafı sayəsində gündəlik həyatımızı asanlaşdıran, vaxtımıza və enerjimizə qənaət edən cihazlar geniş çeşiddə mövcuddur. Lakin məişət avadanlıqlarının satışı ilə məşğul olan şirkətlər bəzən brend adı altında saxta məhsulları satışa çıxarır.

Bəs brend adı altında saxta məhsulları alıcılar necə müəyyən edə bilər? Əsil keyfiyyətli məhsulları necə bilmək olar?

Mövzuyla bağlı “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov REFERANS-ın suallarını cavablandırıb. Eyyub Hüseynov saytımıza açıqlama verib ki, istehlakçı hüquqlarının pozulmasında birinci yerdə dayanır mürəkkəb texniki cihaz satan müəssisələr və burada istehlakçı hüquqlarının pozulmasında liderliyi son 6 ildə əldən vermir.  Həmsöhbətimizin fikrincə  “KONTAKT HOME” , “BAKU ELECTRONİCS” ən çox şikayət olunanlardır. Lakin az şikayət gələnlər də var. Məsələn, “MUSİC GALLERY”, “İRSAD TELECOM”. Qeyd etdiyimiz bu sahədə çox böyük problemlər yaşanır. İstehlakçı üçün bunları ayırd etmək çətindir.

 

Mütəxəssis qeyd edib ki,istehlakçı məhsulun şirftinə baxmalıdır. Alıcılar çalışmalıdırlar ki, şirft kodu oxuyan xüsusi proqramı telefonlarında saxlasınlar.  İstehlakçının məhsulun pasportuna baxmaq hüququ var.  Bundan başqa alıcı mürəkkəb texniki məhsul alan zaman mağazadan çıxmamış onun bütün düymələrini yoxlamalıdır və məhsulun texniki pasportunun Azərbaycan dilində olmasına fikir verməlidir. Nazirlər Kabinetinin 94 saylı qərarına görə məhsulun bütün müşahidə edilə biləcək sənədləri xarici dillə yanaşı milli dildə olmalıdır.

Daha sonra həmsöhbətimiz vurğulayıb ki, çox zaman xarici brend altında çoxsaylı saxta məhsullar olur. Məsələn, LG- şirkətinin bundan başqa digər markaların Azərbaycanda saxta variantları var. Çox təssüflər olsun ki, bu firmaların Azərbaycanda rəsmi distirbyuterləri öz bazarlarını təmizləmək üçün heç bir iş görmürlər. Hal-hazırda çoxsaylı problemlər mövcuddur. Biz sadəcə olaraq avtomobil hissələrini araşdırdıq. Məlum oldu ki, bazarda çoxsaylı saxta avtomobil hissələri var. Hazırda saxta avtomobil hissələrinin aradan qaldırılması üçün iş aparılır. Həmçinin istehlakçılar texniki məhsul alarkən online alışa üstünlük verməsinlər.

“İstehlakçılar məhsul alarkən onun firmasına mütləq diqqət etməlidir. Problem yaranarsa 195 qaynar telefon xətti zəng edə və yaxud “Azad İstehlakçılar Birliyi” – nə müraciət ünvanlaya bilərlər”,-deyə müsahibimiz əlavə edib.

Ləman Xalıqova

Referans  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki