Bu xəstəxanalarda DƏHŞƏTLİ TƏHLÜKƏ: Kütləvi şəkildə yayılır

Avropa xəstəxanalarında güclü antibiotiklərə qarşı müqavimət göstərən "Klebsiella pneumoniae" bakteriyasının səbəb olduğu infeksiyaların sayı sürətlə artır.

Referans Media  xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, 2019-cu ildən 2025-ci ilə qədər Aİ ölkələrində bu qəbildən olan qan axını infeksiyalarının sayı 72 faiz artıb.

Nəşr qeyd edir ki, bakteriyanın bəzi ştammları hətta yeni preparatlar daxil olmaqla, demək olar ki, bütün mövcud antibiotiklərə qarşı tamamilə dözümlüdür.

"Politico"nun məlumatına əsasən, infeksiyanın ağır formalarında ölüm səviyyəsi 40-70 faizə çata bilər.

Qeyd olunur ki, "Klebsiella pneumoniae" pnevmoniya, meningit və qan infeksiyalarına səbəb olma qabiliyyətinə malikdir.

Bu bakteriya xüsusilə zəifləmiş immun sisteminə sahib pasiyentlər və xəstəxanalarda müalicə alan şəxslər üçün hədsiz təhlükə yaradır./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki