Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı – Səfərovların qardaşıbackend

Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı – Səfərovların qardaşı

  Tək bizim ailəmizi üçün yox, ölkəmiz üçün böyük bir faciə baş verib. Rusiya rejimi tərəfindən amansız cinayət törədilib. İnsanlar işgəncələr nəticəsində həyatlarını itiriblər.

Referans Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Bakı hava limanında jurnalistlərlə söhbət zamanı Seyfəddin Hüseynli Rusiyada qardaşlarının öldürülməsinə münasibət bildirərkən deyib.

“Biz buraya qardaşlarımın meyitlərini qarşılamağa gəlmişik. Nədənsə Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir. İddia edirlər ki, guya ani ölüm baş verib. Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı. Biz dəhşətli rejimlə üz-üzə dayanmışıq. Mən dövlət başçımız başda olmaqla, dövlət stukturlarımıza, diplomatik korpus və diasporumuza minnətdarlığımı çatdırmaq istəyirəm”, – deyə S.Hüseynli söyləyib.

S.Hüseynli qardaşlarının meyitlərinin Bakıda təkrar ekspertizadan keçiriləcəyini qeyd edərək deyib: “Biz onlara etibar edə bilməzdik. Bu addımla faciənin miqyasını tam üzə çıxarmaq istəyirik.

Dövlətimiz Rusiyanın casus şəbəkəsini bu gün ifşa etdi. Onlara qarşı münasibət də tamamilə qanunauyğundur. Bir daha sübut olundu ki, Azərbaycan dövləti hər bir vətəndaşının taleyinə biganə deyil. Bu mənim ürəyimə su sərpdi”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki