Rusiyada güclü zəlzələ oldu backend

Rusiyada güclü zəlzələ oldu 

Rusiyanın Kamçatka yarımadasında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Seysmoloqlar bildiriblər ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 51 km məsafədə, Avaça körfəzi ərazisində yerləşib. Yeraltı təkanların hiposentri isə 88 km-dən çox dərinlikdə olub.

Xilasetmə xidmətlərinin verdiyi məlumata görə, yeraltı təkanlar şəhərin bəzi ərazilərində 3 bala qədər hiss olunub.

İlkin məlumatlara əsasən, ölən və yaralanan yoxdur.//milli.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki