Azərbaycanlı ailə Rusiyadan deportasiya edildi backend

Azərbaycanlı ailə Rusiyadan deportasiya edildi 

Sankt-Peterburqda yeniyetmələr arasında baş verən dava nəticəsində 5 nəfərdən ibarət olan azərbaycanlı ailə Rusiyadan deportasiya edilib.

Hadisə bazar ertəsi axşamı “Uliça Dıbenko” metro stansiyasının yaxınlığında baş verib.

İnternetdə yaranmış mübahisədən sonra 16 yaşlı yerli yeniyetmə 13 yaşlı azərbaycanlı oğlanla görüşməyə razılaşıb. Lakin azərbaycanlı əraziyə tək gəlməyib və dava zamanı qarşı tərəf xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Polis isə azyaşlılar arasında yaranmış bu münaqişəyə görə azərbaycanlı yeniyetməni və atasını saxlayıb, bir müddət sonra isə bütün ailəni ölkədən çıxarıb.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi bildirib ki, Rusiyadan deportasiya edilənlər 13 yaşlı yeniyetmə, valideynləri, qardaşı və bacısıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki