Türkiyə Ticarət Nazirliyi uşaqlar üçün boğulma təhlükəsi yaratdığı müəyyən edilən lolipop naxışlı qələmlərə qarşı tədbir görüb.
Referans xəbər verir ki, Ticarət Nazirliyinin Təhlükəsiz Məhsul Məlumat Sistemi (GÜBİS) vasitəsilə verdiyi yeni elanda lolipop naxışlı qələmləri qadağan etmək və geri çağırmaq qərarına gəlib.
Nazirlikdən GÜBİS ilə bağlı edilən bildirişdə Unicus Dəftərxanası tərəfindən satışa çıxarılan “Unicus” markalı lolipop işıqlandırıcı qələmin riski “boğulma (ağciyərlərə xaricdən hava axınının mexaniki maneə törədilməsi), yaralanmalar” olaraq qeyd edilib. Marqarita pizza
Qeyd edək ki, bazara naxışlı qələmlərin çıxarılmasının qadağan edilməsi və geri çağırılması barədə qərar qəbul edilib./yenisabah.az