Azərbaycan və Rusiya arasında son günlərdə yaşanan gərginlik fonunda daha bir tədbir ləğv oluna bilər.
Publika.az-ın əldə etdiyi məlumata görə, 28 sentyabr – 8 oktaybr tarixlərində ölkəmizdə keçirilməsi planlaşdırılan III MDB Oyunlarının baş tutmama ehtimalı yaranıb. Ev sahibi olan Azərbaycan oyunları qəbul etməməklə bağlı ciddi müzakirələrə başlayıb. Vəziyyət belə davam edəcəyi halda tezlikliklə ölkəmiz Rusiyanın yaratdığı idman layihəsindən rəsmi şəkildə imtina edə bilər.
Təşkilati işlərinin sürətlə və yüksək səviyyədə davam etməsinə rəğmən, bu məsələ gündəmdədir. Rusiya tərəfi Azərbaycana qarşı məkrli siyasətindən tezliklə əl çəkməsə, MDB ölkələrinin birliyi məqsədi ilə təşkil edilən idman layihəsinin uğursuzluğa düçar olması qaçılmaz olacaq.
Qeyd edək ki, III MDB Oyunlarının Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunması planlaşdırılır.