İsrailin İrana zərbələrində SEPAH generalı və komandiri həlak OLDU

Bu gecə İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə genişmiqyaslı hava zərbələri endirib.

Referans xəbər verir ki, hücumun əsas hədəfləri arasında hərbi qərargahlar, strateji obyektlər və Natanz nüvə kompleksi olub. İsrailin müdafiə naziri İsrael Katz əməliyyatı “preventiv zərbə” adlandırıb və İranın mümkün cavab hücumuna qarşı ölkə əhalisini xəbərdar edib. İsrailin mərkəzi bölgələrində hava hücumu siqnalları eşidilib, əhaliyə təcili təlimat göndərilib və fövqəladə vəziyyət rejimi tətbiq olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki