Simonyandan şok paylaşım: Moskvanın məkrli siyasətini ifşa etdi – Özünüzə bir dürüst sual verinbackend

Simonyandan şok paylaşım: Moskvanın məkrli siyasətini ifşa etdi – Özünüzə bir dürüst sual verin

  “Rusiyadan olan həmkarlarımın bu gün Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini ciddi müzakirə etməyin vaxtı çatdığı barədə bəyanatıma reaksiyalarını oxuyanda istər-istəməz özümə sadə, lakin vacib bir sual verirəm: görəsən hörmətli insanların heç biri özünə bu sual niyə vermir – Nə səbəbə bağlanır?”

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan sosial şəbəkələrdə rus dilində yazıb.

“Qərb strukturlarının təsiri”, “insan hüquqlarının pozulması” və “kimlərinsə məhv etməyə çalışdığı Rusiya ilə Ermənistan arasında çoxəsrlik dostluq” haqqında əzbərlənmiş ifadələri təkrarlamağa, günahkarları uydurmağa ehtiyac yoxdur: sadəcə olaraq televiziyanı açmaq kifayətdir. “Rusiya-Ermənistan münasibətlərini pozmaq vəzifəsi”nin öhdəsindən ən yaxşı gələnlər nə Qərbin xüsusi xidmət orqanları, nə mifik agentlər, nə də qeyri-hökumət təşkilatlarıdır, ancaq Rusiyanın bəzi dövlət telekanalları, jurnalistləri və redaktorlarıdır:

– Rusiya dövlət telekanalları bəzən Ermənistanın seçilmiş hakimiyyət orqanlarını təhqir edir,

– Ermənistan Respublikasının suverenliyini, müstəqilliyini və hətta mövcudluğunu şübhə altına alır,

– Tarixi, vaxtı və yerini göstərməklə mitinqlərə çağırır, mövcud konstitusiya quruluşuna qarşı faktiki çıxışlar edilir.

Mən Moskvadakı həmkarlarıma ən azı bir dəqiqəlik əks vəziyyəti təsəvvür etmələrini təklif edirəm:

Əgər Ermənistan dövlət telekanallarında:

– aparıcılar Rusiya prezidentini və rəhbərliyini təhqir etsələr,

– Rusiya Federasiyasının ərazi bütövlüyünü müzakirə etsələr, nə deyərdiniz?

Bəli, hörmətli siyasətçilər, senatorlar, teleaparıcılar, şərhçilər və publisistlər – hər gün rus-erməni münasibətlərini pozan budur. Nəhayət, özünüzə bir dürüst sual verməyə çalışın: Niyə?

Ya bunu dayandıracaqsınız, ya da bunu biz edəcəyik”, – Simonyan yazıb.//Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki