image-pull-hesablayicibackend

DSMF-dən MÜHÜM XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 mln. manat çox olmaqla 2 mlrd. 132 mln. manat təşkil edib.

Referans Media  xəbər verir ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 mln. manat artaraq 1 mlrd. 559 mln. manat olub.

Bu ilin 3 ayında DSMF-nin xərcləri isə 2 mlrd. 53 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 189 mln. manat çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki