Lerikdə ağır qəza: maşın dərəyə aşdı, yaralılar var

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib.

Bələ ki, Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur Qurbanlının idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində sürücü, maşında olan həyat yoldaşı-1995-ci il təvəllüdlü Aidə Qurbanlı, 5 yaşlı övladları N.Q və 1989-cu il təvəllüdlü Rəva Əliyeva xəsarət alıblar.
Ətraflı

Onlar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılaraq rayon xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki