Zelenskinin Putinlə bağlı bu fikiri diqqət çəkdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvinə qarşı çıxıb. O hesab edir ki, məhdudiyyətlərin aradan qaldırılması Rusiya Prezidenti Vladimir Putinin mövqelərini gücləndirəcək.

Zelenski bu barədə CNN telekanalına müsahibəsində danışıb.

“Putinə münasibətim tamamilə aydındır. Hesab edirəm ki, sanksiyaları ləğv etsək, onu daha da gücləndirmiş olarıq. Prezident Trampla aramızda şəxsi münaqişə yoxdur, lakin mən təbii ki, sanksiyaların hər hansı formada ləğvinə qarşıyam”, – deyə Ukrayna lideri bildirib.

Zelenski əlavə edib ki, Putinə müəyyən güzəştlər olunarsa, o, daha çoxunu tələb edəcək.

“Bilirəm ki, Putinə nəsə versən, o, hər şeyi istəyəcək”, – deyə Ukrayna Prezidenti vurğulayıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki