İllər sona üzə çıxdı, fəlakətdən xəbər verir – Oktyabrda baş verəcək

Çilinin Antofaqasta əyalətinin Mejillones şəhərindəki çimərliklərin birində 5 metr uzunluğunda nəhəng avar balığı (siyənək kralı) aşkar edilib.

Referans Media xəbər verir ki, “Daily Mail” qəzetinin verdiyi məlumata görə, dərin dənizlərdə yaşayan və folklorda təbii fəlakətlərin xəbərçisi hesab edilən bu nadir canlı oktyabrın 20-də sahildə ölü halda tapılıb.

Nəşr qeyd edir ki, bu nadir balığın peyda olması Cənubi Amerikada baş verən bir sıra güclü zəlzələlər fonunda diqqət çəkib. Belə ki, oktyabrın 9-da Panama sahillərində 7,7 bal gücündə təkanlar qeydə alınıb.

Daha sonra oktyabrın 11-də Peruda, oktyabrın 17-də isə Ekvadorda 5,2 bal gücündə zəlzələlər baş verib. Oktyabr ayı ərzində Çilinin özündə də müxtəlif bal gücündə seysmik aktivlik müşahid olunub.

Siyənək kralının tapılmasından sonra yerli sakinlər növbəti təbii fəlakətin ölkənin şimalında baş verəcəyi barədə xəbərdarlıqlar etməyə başlayıblar.

Hətta geofizik Stefan Börns belə nadir balığın dəniz səthinə çıxmasını “Yenə başladıq” ifadəsi ilə şərh edərək yaşanan narahatlığı dile gətirib./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki