Fransada etirazlar: həbs olunanların sayı açıqlandı – Rekord rəqəm

Fransada oktyabrın 17-də baş verən iğtişaşlardan sonra saxlanılanların sayı 2 700 nəfərə çatıb.

Bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen Paris yaxınlığındakı Fleury-Merogis penitensiar mərkəzində keçirilən brifinqdə məlumat verib.

Məlumata görə, saxlanılanlardan 217-si şənbə günündən etibarən həbsdədir.

Darmanen bildirib ki, həbs edilənlərin yarısının əvvəllər məhkumluğu olmayıb.

Nazir iğtişaşlarla bağlı görülən tədbirlərin son dərəcə sərt olduğunu vurğulayıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki