image-gunes-patlamabackend

Dünyada 2025-ci il qeydlərdə ən isti üçüncü il olub

Avropanın Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) nəzdində fəaliyyət göstərən Copernicus İqlim Dəyişiklikləri Xidməti 2025-ci ildə qlobal temperatur dinamikaları ilə bağlı yeni məlumatlar yayımlayıb.

Referans Media xəbər verir ki, ötən il dünyada orta səth temperaturu 14,97 dərəcə olub. Bu göstərici sənayedən əvvəlki dövrün orta səviyyəsindən 1,47 dərəcə yüksəkdir. Nəticədə 2025-ci il quru səthi temperaturu baxımından müşahidələr tarixində ən isti üçüncü il kimi qeydə alınıb.

Qeydlərdə ən isti il 2024-cü il olub. Həmin il qlobal temperatur artımı sənayedən əvvəlki dövrlə müqayisədə 1,6 dərəcəyə çatıb. İkinci ən isti il sayılan 2023-cü ildə isə bu fərq 1,48 dərəcə təşkil edib.

Copernicus-un hesablamalarına əsasən, hazırkı uzunmüddətli qlobal istiləşmə səviyyəsi artıq sənayedən əvvəlki dövrün orta göstəricisindən təxminən 1,4 dərəcə yuxarıdır.

Mövcud istiləşmə tempi nəzərə alındıqda, Paris Sazişində nəzərdə tutulan “qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq” hədəfinin 2030-cu ilə qədər aşılması riski var. Mütəxəssislər bu həddin gözləniləndən təxminən 10 il daha tez keçilə biləcəyini bildirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki