Ederson üçün ayrılıq vaxtı – yeni komandası bəlli olur

"Fənərbaxça"nın braziliyalı qapıçısı Edersonun mövsümün sonunda komandadan ayrıla biləcəyi iddia olunur.

Referans Media xəbər verir ki, "Əl-Nəsr" yay transfer dönəmində təcrübəli qolkiper üçün yenidən hərəkətə keçməyə hazırlaşır.

İddialara əsasən, Səudiyyə təmsilçisi qış transfer pəncərəsində də Ederson üçün "Fənərbaxça"nın qapısını döyüb. Lakin transfer baş tutmayıb.

Hazırda isə "Əl-Nəsr"in yayda rəsmi təklif hazırladığı bildirilir.

Məlumata görə, "Fənərbaxça" rəhbərliyi futbolçunun transferindən təxminən 25 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Bundan başqa, Edersonun müqaviləsindəki sərbəst qalma məbləğinin də 25 milyon avro olduğu qeyd edilir.

Son illərdə dünya futbolunun tanınmış simalarını heyətinə qatan Səudiyyə klubları Avropa bazarında aktivliyini davam etdirir.

Kristiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr"in qapıçı transferi üçün Edersonu əsas hədəflərdən biri kimi müəyyənləşdirdiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki