Türkiyəli məşhur müğənni Mustafa Sandal 2018-ci ildə razılaşma yolu ilə boşandığı keçmiş həyat yoldaşı Emina Jahoviç tərəfindən məhkəməyə verilib.
Referans Media xəbər verir ki, Jahoviç İstanbul Ailə Məhkəməsinə müraciət edərək Sandalın boşanma müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini iddia edib. Onun sözlərinə görə, müqavilədə keçmiş həyat yoldaşı və övladları üçün nəqliyyat vasitəsinin kirayə xərclərinin qarşılanması ilə bağlı bənd yer alıb. Jahoviç ərizəsində bildirib ki, müğənni ona təqdim olunan kirayə avtomobili geri alaraq müqaviləni pozub. O, məhkəmədən onun orta ömür müddətinin statistik olaraq hesablanmasını və bu müddət ərzində nəqliyyat xərclərinin müəyyən edilməsini tələb edib.
Eyni zamanda Jahoviç, hesablanacaq məbləğin ödənilməməsi halında Sandalın oxşar bir nəqliyyat vasitəsi təmin etməsi barədə də qərar çıxarılmasını xahiş edib.
