Hadise Almaniyada verdiyi konsert zamanı şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Referans Media xəbər verir ki, səhnədə pərəstişkarları ilə səmimi söhbət edən sənətçi ikinci dəfə xala olmağın sevincini paylaşaraq bu hissin onda güclü duyğular yaratdığını bildirib.
Hadisə çıxışında ana olmaq arzusunu dilə gətirərək bunları deyib: “Özümü hazır hiss edirəm, amma əvvəlcə doğru partnyoru tapmaq lazımdır.”
Bu sözlərdən sonra zalda olan tamaşaçılar zarafatla Murat Boz adını səsləndirərək “Murat, Murat” deyə şüarlar səsləndiriblər.
Gözlənilməz reaksiyaya baxmayaraq Hadise gülümsəyərək tamaşaçılara cavab verib və atmosferi daha da coşdurub.
Konsertin həmin anları sosial mediada da geniş müzakirə olunub.
