FIFA 2026 Dünya Kubokunun 1/16 final mərhələsində Meksika Ekvador üzərində inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Meksika turnirdə keçirdiyi dördüncü oyunda da qapısını toxunulmaz saxlayıb.
Referans Media xəbər verir ki, qarşılaşmada Meksikanın qollarını Julian Kinyones və Raul Ximenez vurublar. İlk hissədə üstünlüyü ələ alan meydan sahibləri oyunun sonuna qədər nəzarəti əldən verməyərək adını son 16 mərhələsinə yazdırıb.
Bu nəticə ilə Meksika Kanadadan sonra pley-off mərhələsində irəliləyən ikinci ev sahibi komandaya çevrilib. Komanda növbəti mərhələdə İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq.
Meksika turnirdə indiyədək keçirdiyi dörd oyunda da qapısında qol görməyib. Komanda qrup mərhələsində Cənubi Afrikanı 2:0, Cənubi Koreyanı 1:0, Çexiyanı isə 3:0 hesabı ilə məğlub etmişdi. Ekvador üzərindəki 2:0 hesablı qələbə ilə ümumi qol fərqini 8:0-a çatdırıb.
Qarşılaşmadan sonra Meksika futbolçuları böyük sevinci azarkeşlərlə birlikdə qeyd edib. Stadion tribunalarında və şəhər küçələrində bayram ab-havası yaşanıb.
Komandanın hücumçusu Raul Ximenez isə milli komandadakı qol sayını 47-yə yüksəldərək tarixi rekord uğrunda mübarizəni davam etdirib. Təcrübəli futbolçu Meksika millisinin ən məhsuldar oyunçuları siyahısında zirvəyə bir addım da yaxınlaşıb.
DÇ-2026
1/16 final
1 iyul
Meksika - Ekvador 2:0
Qollar: Xulian Kinyones, 22. Paul Ximenes, 31.
