Məzuniyyət günü qalmaqala çevrildi: Müəllim Fələstinli tələbəyə belə müdaxilə etdi - VİDEO

Kanadada keçirilən məzuniyyət mərasimində yaşanan hadisə geniş müzakirələrə səbəb olub. Mərasim zamanı müəllimlərdən birinin Fələstinli tələbənin boynundakı şalı çıxarması sosial şəbəkələrdə etirazlarla qarşılanıb.

Referans Media xəbər verir ki, yayılan görüntülərdə məzuniyyət üçün səhnəyə çıxan tələbənin xalatının üstündən şal taxdığı görünür. Həmin an səhnədə olan müəllim tələbənin boynundakı şalı çəkərək çıxarır. Tələbə qısa müddət çaşqınlıq yaşasa da, mərasim davam etdirilib.

Hadisənin görüntülərinin sosial mediada yayılmasından sonra çoxsaylı istifadəçilər müəllimin davranışını tənqid edib. Paylaşımlarda şalın bir çox fələstinli üçün yalnız siyasi deyil, eyni zamanda mədəni kimlik və həmrəylik simvolu olduğu vurğulanıb.

Son illərdə İsrail–Qəzza münaqişəsi fonunda dünyanın müxtəlif universitetlərində Fələstinə dəstək aksiyaları və şal istifadəsi ilə bağlı müzakirələr intensivləşib. Bəzi təhsil müəssisələri bunu siyasi simvol kimi qiymətləndirsə də, tələbələr və insan hüquqları müdafiəçiləri şalın mədəni identikliyin ifadəsi olduğunu bildirirlər.

Hadisə ilə bağlı təhsil müəssisəsi tərəfindən hələlik rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki