Azərbaycan peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.
Referans Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində kadr hazırlığı həyata keçiriləcək peşə ixtisasları üzrə müvafiq sahəyə aid işəgötürənlərin iştirakı ilə bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları tərəfindən peşə və kvalifikasiya standartlarının hazırlanacaq və təsdiq ediləcək.
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində beynəlxalq ikili diplom proqramlarının tətbiqi nəzərdə tutulur.
Həmçinin sərəncamla təhsilverənlərin (mühəndispedaqoji heyət) intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması məqsədilə davamlı peşə inkişafına xidmət edən ixtisasartırma və yenidənhazırlama təlimlərinin təşkili təmin edilməlidir.
X X X
Nazirlər Kabineti “Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Referans Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərar Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.
Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna əsasən hazırlanıb və emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydalarını müəyyən edir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Qaydalarda göstərilən sahələr üzrə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır. Emal edilməmiş almazların idxalı və ixracı Agentliyin rəyi alınmaqla həyata keçirilir.
Emal edilməmiş almazların idxalı və ixracı yalnız Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə üzv olan dövlətlərdən həyata keçirilə bilər.
