Əməkdar müəllim, tanınmış pedaqoq Şabala İmanov vəfat edib.
Referans Media bildirir ki, bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.
Ş.İmanov 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əməkdar müəllim son illər Masallı rayonunun Hişkədərə kəndində yaşayırdı. O, Azərbaycan təhsilinə uzun illər xidmət edib, 2003-cü ildə 7, 8 və 9-cu siniflər üçün nəşr olunan həndəsə dərsliyinin müəlliflərindən biri olub.
Allah rəhmət eləsin!
