Sikorski: NATO Kalininqradda hərbi təlimləri gücləndirməlidir

Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO-nun Rusiyanın Kalininqrad vilayəti yaxınlığında hərbi təlimləri gücləndirməli olduğunu bildirib.

Referans Media xəbər verir ki, Sikorski Polşanın Kalininqrad vilayətini diqqətlə izlədiyini və bölgədə “demək olar ki, qoşun olmadığını” qeyd edib.

“Putin NATO-nun sülhsevər alyans olduğunu bilir və ya güman edir. Bizim onun lokal zəifliyindən istifadə etməyəcəyimizi düşünür. Ola bilsin ki, bu, səhvdir”, – deyə Sikorski bildirib./Modern.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki