Göyərtəsində 243 nəfər olan gəmi-bərə fırtınaya düşdü və itdi

İndoneziyada göyərtəsində 243 nəfər olan bərə ilə əlaqə kəsilib.

Referans Media "Reuters"-ə istinadən xəbər verir ki, Cənubi Kalimantan əyalətinin paytaxtı Banjarmasindəki axtarış və xilasetmə orqanı “Virgo Transport 8” gəmisi İndoneziyanın ikinci ən böyük şəhəri Surabayadan gedərkən onunla rabitə əlaqəsi kəsilib. İlkin məlumatlara görə, onun son məlum yeri Yava dənizində, Banjarmasindəki körpüdən təxminən 148 km məsafədə olub. Hələlik xəsarət alanlar barədə məlumat verilməyib.

Banjarmasin xilasetmə agentliyinin əməliyyat rəhbəri Arianto Ardi gəmi ilə əlaqənin itirilməsini təsdiqləyib və xilasedicilərin artıq əraziyə göndərildiyini deyib: "Biz Trisaktidə əməliyyat mərkəzi yaratmışıq".

Gəmi Surabayadan Banjarmasinə gedərkən, fırtınaya düşüb və onunla əlaqə kəsilib./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki