Azərbaycanda yeni futbol klubu fəaliyyətə başladı

Azərbaycanda yeni futbol klubu yaradılıb.

Referans Media bildirir ki, «Təkan»FK Bakıda fəaliyyət göstərəcək.

Komanda üzümüzə gələn mövsümdə Region Liqasında mübarizə aparacaq. Bununla bağlı AFFA-ya edilən müraciət müsbət cavablandırılıb.

«Təkan»ın dəstəkçiləri bir qrup iş adamıdır. Onlar tərəfindən kollektivə kifayət qədər büdcə ayrılıb.


Məqsəd də birmənalıdır - Region Liqasında çempion olmaq və birbaşa II Liqaya vəsiqə qazanmaq. Bu niyyətlə heyətə bir neçə təcrübəli oyunçu cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki