Emin Ağalarov anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO

Xalq artisti Emin Ağalarov anası İrina Ağalarova ilə bağlı paylaşım edib.

İfaçı xanımı Alyona Qavrilova, əkizləri Əli və Mikayıl, qızı Afina ilə birlikdə anasının Bakıdakı mənzilində qonaq olub. Emin paylaşımına "ailə" qısa şərhini yazmaqla kifayətlənib.

Qeyd edək ki, Eminin atası,  iş adamı Araz Ağalarov 40 ildən çox evli olduğu həyat yoldaşı İrina Ağalarova ilə yollarını ayırıb. Daha sonra onun 27 yaşlı Alyona İvanova ilə rəsmi nikaha daxil olduğu bildirilib. Onun bu nikahdan 2 övladı dünyaya gəlib. (Axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki