“Corc Vaşinqton” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Amerika zərbə qrupu Yaxın Şərqə çatıb.
Referans Media-nın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTKOM) açıqlama yayıb.
“ABŞ “Corc Vaşinqton” təyyarədaşıyan gəmisi Mərkəzi Komandanlığın məsuliyyət zonasına çatdıqdan sonra planlaşdırılan yerləşdirmənin bir hissəsi olaraq dünəndən bəri Yaxın Şərqdədir” -məlumatda belə deyilir. Hərbçilər gəminin Ərəbistan dənizini keçdiyini təsdiqləyiblər.
“The Wall Street Journal” qəzeti ABŞ-ın İrana qarşı əməliyyatın əvvəlindən bəri bölgədə olan “Abraham Lincoln” təyyarədaşıyan gəmisini rotasiya çərçivəsində vətənə göndərməyi planlaşdırdığını bildirib./Cebheinfo.az
