İsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib

İsrail hərbçiləri Qəzza zolağının mərkəzində HƏMAS hərəkatının "Deyr əl-Bəlah" batalyonunun bölük komandirini zərərsizləşdirib.

Referans Media xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Zərbə Deyr əl-Bəlah ərazisində HƏMAS-ın hərbi qanadı olan "Deyr əl-Bəlah" batalyonunun bölük komandiri Şərif əl-Həsənata endirilib. O, İsrail Müdafiə Ordusunun hərbi qulluqçuları üçün birbaşa təhlükə yaradırdı", - bəyanatda deyilir.

İsrail Müdafiə Ordusunun məlumatına görə, əl-Həsənat terror hücumlarının planlaşdırılmasına, həyata keçirilməsinə nəzarət edib və Qəzza zolağında HƏMAS-ın yeraltı obyektlərinin bərpasında iştirak edib./Report/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki