Misli Premyer Liqası: "Zirə"dən "İmişli" qarşısında əzmkar qələbə - VİDEO

Misli Premyer Liqasının II turunda "Zirə" doğma meydanda "İmişli" üzərində inamlı qələbə qazanıb.

Referans Media xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

"Zirə" hesabı 43-cü dəqiqədə Eren Aydının qolu ilə açıb. Ruan Renato 80-ci dəqiqədə fərqi iki topa çatdırıb. "İmişli" 82-ci dəqiqədə Dioqo Almeydanın qolu ilə fərqi azaltsa da, Davit Volkov 90+6-cı dəqiqədə "Zirə"nin üçüncü qolunu vuraraq oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, II turun bu gün keçirilən digər matçında "Şəfa" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

Turun son oyunu avqustun 23-də keçiriləcək. Avrokuboklardakı çıxışları ilə əlaqədar "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" qarşılaşmaları isə təxirə salınıb./Oxu.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki