SON DƏQİQƏ! Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ: Sunami təhlükəsi elan edildi

Yaponiyanın Kanto bölgəsində 5,9 maqnitudada zəlzələ baş verib.

Referans Media xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri İbaraki prefekturasının cənubunda yerləşib.

Yeraltı təkanlar xüsusilə İbaraki, Saytama və Çiba prefekturalarında, eləcə də Tokioda güclü hiss olunub. Yaponiyanın 7 ballıq seysmik intensivlik şkalası üzrə bəzi ərazilərdə 5 zəif intensivlik qeydə alınıb.

Tokionun Adaçi rayonunda da intensivlik 5 zəif səviyyəsinə çatıb. Paytaxtın çoxsaylı digər rayonlarında, o cümlədən Çiyoda, Çuo, Minato, Şincuku, Bunkyo, Taito, Sumida, Koto və Şibuya ərazilərində 4 bal intensivliyində təkanlar qeydə alınıb. Zəlzələ həmçinin Fukusima, Toçiqi, Qunma, Kanaqava və digər prefekturalarda hiss edilib.

Yaponiya Meteorologiya Agentliyi zəlzələdən dərhal sonra sunami təhlükəsi elan edib, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki