"Rusiya Qərblə danışıqlar aparmaq üçün onun yanına getməyəcək".
Referans Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Kiyevdəki nasist rejiminin əli və qüvvələri ilə bizə qarşı müharibə elan edən Qərb dövlətləri uzun illər bizim onların yanına gəlib danışıqlar aparacağımıza ümid ediblər. Biz onların yanına danışıqlar aparmağa getməyəcəyik!” – Lavrov vurğulayıb./Modern.az/
